"Arsenal"ın müdafiəçisi Almaniya klubunda

14 Yanvar 2020 22:06

Almaniyanın "Nürnberq" klubu "Arsenal"dan Konstantinos Mavropanosu heyətinə cəlb edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı müdafiəçi mövsümün sonuna qədər icarə əsasında "Nürnberq"in formasını geyinəcək.

Qeyd edək ki, Yunanıstanın "Apollon" klubunun yetirməsi olan Mavropanos, 2018-ci ilin yayından "Arsenal"da idi. Müdafiəçi "topçular"la bu mövsüm 1 oyuna çıxıb.

Milli.Az