Pakistan və Əfqanıstandakı hava şəraiti 100-dən çox insanın ölümünə səbəb olub

14 Yanvar 2020 21:16

Son bir neçə gün ərzində Pakistan və Əfqanıstanda yağan güclü qar və ağır hava şəraiti səbəbindən 100-dən çox insan ölüb.

Çoxu Nilum vadisində olmaqla, Pakistanın nəzarətindəki Kəşmir bölgəsində baş verən uçqunlar zamanı azı 50 nəfər ölüb. Pakistanın cənub-qərb bölgəsindəki dağlıq Balucistan əyalətində güclü qarın bir neçə evi dağıtması azı 19 nəfərin ölümünə səbəb olub.

Əfqanıstanın bir neçə əyalətindəkı güclü yağış və qar 300-dən çox evin dağılmasına və 39 nəfərin ölməsinə səbəb olub.

Hər iki ölkənin rəsmilərinin bildirdiyinə görə, bir sıra magistral və ara yollar qar və uçqunlar altında qaldığı üçün bəzi bölgələrdə minlərlə insanın xarici dünya ilə əlaqəsi kəsilib.

Milli.Az