Biləsuvarda 3 otaqlı ev yanıb

14 Yanvar 2020 20:58

Biləsuvar rayonunda ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 3 otaqlı evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, evin bir otağının tavanı 15 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az