Nəcməddin Sadıkov NATO-nun iclasında iştirak edib - FOTO

14 Yanvar 2020 18:49

Yanvarın 14-də Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Belçika Krallığının Brüssel şəhərində yerləşən NATO-nun Mənzil Qərargahında NATO-nun Hərbi Komitəsinin "Qətiyyətli Dəstək" formatında Baş Qərargah rəisləri səviyyəsində keçirilən iclasında iştirak edib.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, iclasda təlim, dəstək və məsləhət üzrə NATO-nun başçılığı altında aparılan "Qətiyyətli Dəstək" missiyasının cari vəziyyətinə dair müzakirələr aparılıb və missiyanın gələcək inkişafı üzrə müvafiq qərarlar qəbul edilib.

Milli.Az