Saatlıda silahlı şəxs saxlanılıb

14 Yanvar 2020 20:44

Saatlı sakini qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan şəhərindəki Regional qrupundan Milli.Az-a verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, Beyləqan rayonu İmamverdilər kənd sakini Teymur Kərimov Saatlı rayonu ərazisində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. T.Kərimovdan 1 ədəd " İJ-58" markalı müvafiq sənədləri olmayan ov silahı aşkar edilərək götürülüb.

Faktla bağlı Saatlı RPŞ-də araşdırma aparılır.

Milli.Az