Əməkdar artist toyda qadın həmkarına sataşan şəxslərlə ƏLBƏYAXA OLUB - FOTO

15 Yanvar 2020 11:18

Firuzə xanıma görə toyda dava eləmisən?

Milli.Az xəbər verir ki, bu sualla Tarix Əliyev (Tolik) verilişində əməkdar artist Cavanşir Məmmədova müraciət edib.

Sənətçi aparıcının sualına cəsarətli açıqlaması ilə yadda qalıb:

"Bir dəfə bəyəm? Sən sayını soruş. Firuzə xanıma görə davalarım çox olub. Bunlar o vaxtı "Kuban" avtobuslarla Flarmoniyadan gedirdilər rayonlara. Mən də Flarmoniyada işləyirdim. Görürdüm ki, avtobusun şüşəsinə qəzet yapışdırılıb. Deməli, o yer Firuzə xanımın yeri idi (gülür). İçəridən qəzet yapışdırırdılar, bayırdan da palçıq sürtürdülər ki, onu görməsinlər. Gözəl xanım olub". 

Məhəmməd Vaqif
Milli.Az