“INFINITI” Xızıda qarda qaldı - Köməyə xilasedicilər çatdı

14 Yanvar 2020 19:54

Xızı rayonunda "INFINITI" markalı minik avtomobili qarlı yolda qalıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə kömək üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunan nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərə köməklik göstərilib.

Milli.Az