Arda Turandan son dəqiqə açıqlaması - "Mino Rayola ilə..."

14 Yanvar 2020 19:24

Arda Turan özü ilə futbol agenti Mino Rayola arasında olan iddia olunan telefon danışığı barədə açıqlama verib.

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, hazırda gələcəyi sual altında olan futbolçu Rayola ilə arasında danışıq olmadığını bildirib: "Bu gün mediada yer alan Rayola ilə telefon danışığımla bağlı xəbərlər yalandır. Yazının orjinal başlığında müəllifin "təxəyyül məhsulu" dialoq olduğunu yazmasına rəğmən yerli media onu gerçəkmiş kimi təqdim edib. Adı çəkilən meneceri nə görmüşəm, nə də telefonla danışmışam. Mənim menecerim Ahmet Bulutdur". 

Qeyd edək ki, "The Guardian"da gedən yazıda "təxəyyül məhsulu" olduğu qeyd olunan yazı Türkiyə mətbuatında gerçək xəbər kimi təqdim olunub. Danışıqda Ardanın Rayolaya "mənə klub tap" sözü daha çox diqqət çəkib.

Milli.Az