Lexus LC 500 Convertible kabrioletinin xüsusi versiyası hərracda satılacaq

16 Yanvar 2020 22:20

Lexus LC Convertible yeni kabrioletinin rəsmi premyerası ötən il Los-Ancelesdəki avtosalonda keçirilib.

Milli.Az ted.az-a istinadən bildirir ki, bununla yanaşı, avtomobilin LC Inspiration Exclusive 1 of 1 adlı xüsusi versiyasının auksiondan satışı planlaşdırılır. Tədbirin təşkilatçıları avtomobil satışından əldə ediləcək bütün pulları xeyriyyə fondlarına köçürmək niyyətindədirlər. Xüsusi versiya yeni işıqlandırma, təkər diskləri, həmçinin mavi banla fərqlənir. Həmçinin salon bahalı dəri və taxta taxmalar alıb.

Kabrioletin kapotunun altında 471 at gücündə 5 litrlik benzin aqreqatı quraşdırılıb. Avtomobildə 10 pilləli transmissiya  var. Yeni avtomobil sahibinə bu modelin buraxıldığı zavodun direktoru tərəfindən imzalanmış sertifikat təqdim ediləcək.

Milli.Az