Şəffaf “OLED” televizorun prototipi nümayiş olunub

16 Yanvar 2020 08:25

Çinin "Skyworth" şirkəti Las-Veqasda keçirilən "СES" istehlak elektronikası sərgisində şəffaf "OLED" televizorun prototipini nümayiş etdirib. Qurğu həm adi, həm də yarımşəffaf rejimdə işləyir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, məlumata görə, Çin istehsalçısı "LG Display" şirkətinin istehsalı olan 55 düymlük şəffaf "OLED" panellərdən istifadə edib. Cənubi Koreya şirkəti onların buraxılışına ötən ilin əvvəlində başlayıb.

"LG" şirkətinin istehsalı olan şəffaf "OLED" ekranları 150 kandel kvadratmetr (kd/m2) parlaqlıqla (ağ rəngin pik parlaqlığı 400 kd/m2) xarakterizə edilir. Şəffaflıq 38 faiz təşkil edir. Ekran "NTSC" rəng məkanının 120 faizini əhatə edir.

Bu panellər "LG" şirkətinin şəffaf "OLED" televizorlarında istifadə olunur və digər istehsalçılara, o cümlədən "Panasonic" korporasiyasına tədarük edilir. Şəffaf "OLED" ekranların tətbiq üçün mümkün sahələr kimi mağaza vitrinləri, bina fasadları və sərgi stendlərinin tərtibatı qeyd edilir. Bundan başqa, belə ekranlar aerokosmik sənaye üçün faydalı ola bilər.

Milli.Az