Siqaret depressiyaya səbəb olur?

18 Yanvar 2020 21:40

İsrail və Serbia alimləri, tütünün psixi sağlamlığa təsiri ilə əlaqədar iki min könüllü ilə araşdırma aparıblar.

Məlum olub ki, siqaret çəkənlır arasında   klinik depressiya əlamətlərinə pis vərdişdən uzaq olanlardan iki-üç dəfə artıq rast gəlinir.
 
Nəticələr siqaretin depressiyanın səbəb olduğunu açıq şəkildə bildirməyə imkan vermir, çünki eyni məlumatları fərqli şərh etmək olar. Məsələn, əvvəlcə depressiyaya meylli insanlar tez-tez siqaret çəkirlər və ya bu cəhətlərin ikisi də üçüncü bir amilin nəticəsidir.

Buna baxmayaraq, alimlər bununla siqaretin bir çox cəhətdən, nisbətən qeyri-aşkar olanlar da daxil olmaqla, insan üçün zərərli olduğunu sübut edən yeni bir məlumat əldə ediblər.

Qeyd edək ki, siqaretin depressiyaya səbəb olduğu barədə bundan əvvəl də araşdırmalar aparılıb. 

Milli.Az