Emil Balayevin komandasında növbəti erməni

14 Yanvar 2020 19:59

Millimizin qapıçısı Emil Balayevin çıxış etdiyi "Tobol" heyətinə erməni futbolçu qatıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Kostanay təmsilçisinin baş məşqçisi Qriqori Babayan həmyerlisi Petros Avetisyanı komandasına cəlb edib.

Ermənistan millisinin üzvü ilə rəsmi müqavilə imzalanıb. Onun son klubu "Ararat" olub.

Babayanın rəhbərliyi altında oynamaq istəməyən Balayevin "Tobol"dan ayrılacağı gözlənilir.

Milli.Az