"Zirə" "Arsenal"ın yetirməsini transfer etdi - FOTO

14 Yanvar 2020 16:57

"Zirə" PFK yeni futbolçu ilə anlaşıb.

Milli.Az xəbər verir ki, paytaxt təmsilçisi Alie Sesayla müqavilə bağlayıb. 25 yaşlı sierra leoneli müdafiəçi ilə müqavilənin müddəti 1 il yarımdır.

Qeyd edək ki, London "Arsenal"ının yetirməsi olan Sesay daha əvvəl İngiltərəni "Lester", "Kolçester", "Kembric", "Barnet", İsveçin "Frey", Yunanıstanın "Kissamikos" və Bolqarıstanın "Arda" klubunda çıxış edib. Futbolçu həmçinin Sierra Leone yığmasının da üzvüdür.

Milli.Az