52 yaşlı Nikol çimərlikdə paparassilərə "hədəf" oldu - FOTO

14 Yanvar 2020 16:16

Avstraliya əsilli Hollivud ulduzu Nikol Kidmanın yeni fotoları pərəstişkarları tərəfindən müzakirə mövzusu olub.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, Kidman 51 yaşlı həyat yoldaşı müğənni Keyt Urban ilə çimərlikdə istirahət edərkən kameralara tuş gəliblər.

"Oskar" mükafatçısının ideal bədən quruluşu sosial şəbəkə izləyiciləri tərəfindən çox bəyənilib.

"52 yaşındakıların hamısı bu cür gözəl görünmür", "Həddindən artıq gözəl görünürsən, Nikol",- onlar aktrisanın görünüşü haqqında təriflər yazıblar.

Milli.Az