Neapol metrosunda qatarlar toqquşdu: xəsarət alanlar var - FOTO

14 Yanvar 2020 14:14

İtaliyanın Neapol şəhərində metro qatarları toqquşub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 13 nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. İki nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Qəza şəhərin şimalında, metropolitenin yerüstü hissəsində baş verib. İnsidentdə 2 qatar iştirak edib, onlardan birində sərnişinlər olmayıb.

Hazırda qəza ilə bağlı araşdırma aparılır.

Milli.Az