Qurban Qurbanovun köməkçisi İspaniyaya getdi - Yeni transferlər olacaq

14 Yanvar 2020 15:45

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun köməkçisi Elçin Rəhmanov ötən gecə İspaniyaya yollanıb.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, o, yanvarın 20-nə qədər bu ölkədə qalacaq.

Rəhmanov "Qarabağ"ın transfer hədəfində olan futbolçuları izləyəcək. Yaxın günlərdə Ağdam təmsilçisinin yeni transferləri açıqlayacağı gözlənilir.

Milli.Az