Yol çökdü, sərnişinlərlə dolu avtobus çuxura düşdü - Anbaan VİDEO

14 Yanvar 2020 14:36

Sərnişin avtobusu yol çökməsi nəticəsində yaranan çuxura düşüb.

Milli.Az Sputnik Türkiyəyə istinadla xəbər verir ki, dəhşətli hadisə Çində, axşam saatlarında Xininq şəhərindəki avtobus dayanacağında baş verib.

Avtobus dayanacaqda dayanıb sərnişinləri mindirən zaman yol çöküb. Nəticədə 6 nəfər ölüb, 16 nəfər yaralanıb.

Milli.Az hadisəanının görüntülərini təqdim edir:

Emin
Milli.Az