İranlı qadın diktor istefa verdi: “Bağışlayın, sizə 13 il yalan danışmışam” - FOTO

14 Yanvar 2020 11:40

İranın Ukraynaya məxsus təyyarəni vurması ölkədə sabitliyi pozub. Minlərlə insan etiraz aksiyasına çıxaraq hökumətin istefasını tələb edir.

Milli.Az bizimyol.info-ya istinadən xəbər verir ki, aksiyalarda daha çox ABŞ-ın öldürdüyü İran generalı Qasım Süleymaninin şəkilləri cırılır. Amerika dövlətinə dəstək şüarları da səslənir.

İran səfirliyi - Süleymani

Bu hadisələrin fonunda başqa maraqlı hadisələr də baş verir. Məsələn, İran televiziyasının diktoru Gülarə Cabbari istefa vermək qərarına gəlib. O, qərarını "Instagram" profilindən elan edib.

Gülarə Cabbari

Cabbari indiyə qədər səsləndirdiyi həqiqətə uyğun olmayan xəbərlərə görə üzr istəyib: "Bağışlayın, sizə 13 il yalan danışmışam".

Milli.Az