Yaxşı sevişsin deyə damazlıq heyvanlara verilən dərmandan içdi, xəstəxanaya düşdü - FOTO

14 Yanvar 2020 10:32

Meksikada ağlasığmaz olay yaşanıb.

Milli.Az Dailymail-ə istinadla xəbər verir ki, daha uzun müddətli intim münasibətdə olmaq üçün damazlıq heyvanlara verilən dərmandan içən kişi xəstəxanaya düşüb.

Qəribə olay Meksikanın Reynosa şəhərində baş verib. Adı mətbuata açıqlanmayan kişi 30 yaşlı qadınla daha uzun müddət cinsi əlaqədə olmaqdan ötrü öküzlər üçün nəzərdə tutulan dərman qəbul edib.

3 gün boyunca sakitləşməyən kişi xəstəxanaya yatırılıb.

La Republica yazır ki, kişi bu dərmanı almaq üçün başqa bir kəndə yollanıb və onu fermerlərdən alıb.

Kişinin hazırkı sağlamlıq durumu barədə məlumat verilmir.

İsmayıl
Milli.Az