Günay bıçaqladığı deyilən sevgilisi ilə barışdı - VİDEO

14 Yanvar 2020 09:46

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva sevgilisi Taha Tatlıcı ilə barışıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, onlar tədbirlərin birində görüntüləniblər. Bir müddət öncə İnstaqram-da birlikdə olan fotolarını silən və bir-birini izləmədən çıxaran cütlük kameralara gülümsəyərək pozlar veriblər.

Qeyd edək ki, modelin sevgilisi Türkiyənin ən varlı ailələrindən sayılan Tatlıcılar nəslindəndir.

Milli.Az