"Neftçi"dən ayrıldı, Ukrayna klubuna keçdi

14 Yanvar 2020 09:42

"Neftçi"dən ayrılan ukraynalı futbolçu Kirilo Petrov karyerasını ölkəsində davam etdirəcək.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi Premyer Liqa təmsilçisi "Kolos"a transfer olub. O, yeni klubunda məşqlərdə iştirak edir.

Petrov 2017-ci ilin yanvarından "Neftçi"də çıxış edirdi. "Ağ-qaralar" müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Milli.Az