Bakıda kişi naməlum şəraitdə bıçaqlanıb

14 Yanvar 2020 08:08

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Buzovna qəsəbəsində qeydə alınıb.

1987-ci il təvəllüdlü Kərimov Süleyman Müzəffər oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. O, 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Vəziyyəti ağır kimi qiymətləndirilir.

Milli.Az