Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çində yeni növ koronavirusun tapılması ilə əlaqədar təşkilatın Fövqəladə hallar komitəsinin növbədənkənar iclasını nəzərdən keçirir.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə təşkilatın bu gün yaydığı bəyanatda deyilir.
Vəziyyətlə bağlı ÜST-ün baş direktoru Tedros Adhan Qebreyesus komitə üzvləri ilə məsləhətləşmələr aparacaq.
Qeyd edək ki, Çin hökuməti Uhan əyalətində naməlum xəstəliyin aşkarlandığını bildirib. Xəstəliyin koronavirusun yeni növü olduğu deyilir.
Milli.Az