“Vogue”un dəfiləsində ilk azərbaycanlı model - FOTO

13 Yanvar 2020 19:59

"Ukrainian Fashion Association"un təşkilaçılığı ilə "Ukraina Fashion Awards" mükafatlandırma mərasimində dünyaca məşhur "Vogue"un dəfiləsi baş tutub.

Milli.Az Trend-ə istinadən bildirir ki, dəfilədə alban dizayneri Bel EVE-nin gecəni süsləyən geyimləri nümayiş olunub. Azərbaycanlı kids model Nəzrin Cavadlı (13 yaş) bu layihəyə dəvət alıb və ölkəmizi layiqincə təmsil edib.

Nəzrin Cavadlı öz yaşıdları arasında ilk azərbaycanlı kids model idi ki, bu cür layihədə iştirak edib və beynəlxalq sertifikatla təltif olunub.

Milli.Az