Ucar sakinindən sənədsiz ov tüfəngi götürülüb - FOTO

13 Yanvar 2020 20:59

Ucar rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Zərdab RPŞ əməkdaşları əldə edilmiş məlumat əsasında əməliyyat tədbirləri keçiriblər. Nəticədə Ucar rayon sakini Ə.Əliyevdən müvafiq sənədləri olmayan "TOZ-B" markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Milli.Az