Ramos penalti vurarkən zədələnib

13 Yanvar 2020 19:14

İspaniya superkubokunun final oyununda "Atletiko"ya penaltilər seriyasında qalib gələn (4:1) "Real" ciddi itki ilə üzləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "kral klubu"nun kapitanı Serxio Ramos zədələnib. İspaniyalı müdafiəçi penalti zərbəsini yerinə yetirərkən ayaq biləyini zədələyib.

33 yaşlı futbolçunun 10-15 gün yaşıl meydanlardan kənarda qalacağı bildirilir.

Milli.Az