Balakəndə 4 otaqlı ev yanıb

13 Yanvar 2020 19:19

Balakən rayonunda ümumi sahəsi 130 kv.m olan birmərtəbəli ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları və içərisindəki əşyalar 40 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az