"İranın hazırkı parlamentinin 90 deputatının növbəti seçkilərdə iştirak üçün namizədliyi təsdiqlənməyib".
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Konstitusiyaya Nəzarət Şurasının sözçüsü Abbasəli Kədxodayi deyib. A.Kədxodayinin sözlərinə görə, hazırkı parlamentin 249 deputatı növbəti seçkilər üçün qeydiyyatdan keçib.
Qeyd edək ki, İranda İslam İnqilabından sonra 11-ci çağırış parlament seçkiləri fevralın 21-də keçiriləcək.
Milli.Az