Türkiyədə genişmiqyaslı əməliyyat: 800-dən çox jandarm cəlb edildi

13 Yanvar 2020 17:24

Türkiyə jandarmeriyası ölkənin şərqindəki Hakkari vilayətində genişmiqyaslı əməliyyat keçirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, əməliyyat PKK terror təşkilatının mənsublarına qarşı keçirilib.

Əməliyyat nəticəsində PKK ilə əlaqələrdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

Əməliyyatda 800-dən çox jandarm iştirak edib.

Milli.Az