Millimizin futbolçusu Bundesliqa klubundan imtina etdi - Pula görə

13 Yanvar 2020 15:52

Azərbaycan yığmasının üzvü Rüfət Dadaşov Almaniya Bundesliqasında oynamaqdan imtina edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Paderborn" klubu millimizin forvardını heyətinə qatmaq istəsə də, o, təklifi qəbul etməyib. 

Buna səbəb isə Dadaşovun ABŞ-ın "Feniks Rizinq" klubundan sərfəli təklif alması olub. Hücumçu maddi məsələlərdə daha yaxşı şərtlər təklif edən ABŞ klubu ilə anlaşıb.  

Milli.Az