"Roma"nın futbolçusu üçün mövsüm başa çatdı - FOTO

13 Yanvar 2020 15:43

A Seriyasının 19-cu turunda evdə "Yuventus"a uduzan (1:2) "Roma" ciddi itki ilə üzləşib.

Milli.Az xəbər verir ki, paytaxt təmsilçisinin yarımmüdafiəçisi Nikolo Zanilo sıradan çıxıb. 21 yaşlı futbolçu bu gün əməliyyat ediləcək. Onun mövsümün sonuna qədər oynamayacağı gözlənilir.

Zaniolo bu mövsüm 24 oyuna 6 qol vurub, 1 assist edib.

Milli.Az