Paşinyan ABŞ-la İrana vasitəçilik təklifi etdi - Tragikomediya

13 Yanvar 2020 15:15

Paşinyanın sayəsində Ermənistanda siyasi nitq ən aşağı səviyyəyə - məişət səviyyəsinə düşüb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu "Tert.am"a açıqlamasında erməni politoloq Stepan Danielyan deyib. O, İrəvanın İran-ABŞ münasibətlərində vasitəçi olmaq təklifinin tragikomediya olduğunu bildirib:

"Bu, beynəlxalq münasibətlərin tarixinə zarafat üçün bəhanə kimi düşəcək. Ermənistan hakimiyyəti anlamır ki, bu konfliktdə vasitəçi olmaq nə deməkdir və kim özünə bu təklifi etməyə cəsarət edə bilər. Beynəlxalq tərəfdaşları bu hakimiyyət barədə artıq rəy yaranıb və əksər hallarda bu hakimiyyətə ciddi yanaşmırlar".

Milli.Az