Renat Dadaşov "Vulverhempton"da debüt etdi

13 Yanvar 2020 14:21

Portuqaliyanın "Pasuş de Ferreyra" klubuna lazım olmayan Renat Dadaşov müqavilə ilə məxsus olduğu "Vulverhempton"a qayıdıb.

Milli.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü "canavarlar"ın U-23 komandasına qoşulub.

O, "Bləkbörn"lə qarşılaşmada meydanda olub.

Matç "Vulverhempton"un 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"Vulverhempton" Renat Dadaşovu başqa kluba icarəyə vermək üçün uyğun variantlara baxır.

Milli.Az