Moskvada azərbaycanlı gənci öldürüb meyitini çaya atdılar

13 Yanvar 2020 12:41

Moskvada ofisiant işləyən azərbaycanlını qətlə yetiriblər.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, qətl hadisəsi şəhərin Çariçıno rayonunda baş verib.

Restoranlardan birində işləyən azərbaycanlı gəncin meyiti Moskva çayına atılıb.

Qətlə yetrilən gəncin şəkilləri sosial şəbəkədə yayılıb.

Araşdırma aparılır.

Milli.Az