Türkiyənin iki vilayətində məktəblər bağlandı

13 Yanvar 2020 13:31

Türkiyənin şərqindəki Van və Hakkari vilayətlərində güclü qar səbəbi ilə məktəblərdə dərslər dayandırılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ümumilikdə 6 yaşayış məntəqəsində məktəblər bağlanıb.

Van vilayətində qar 200-dən çox kəndə gediş-gəlişi çətinləşdirib.

Xatırladaq ki, yanvarın 9-da Karabük, Karaman və Konya vilayətlərində qar səbəbi ilə əlaqədar məktəblər bağlanmışdı.

Milli.Az