Nazirlik sürüşmə sahələrindəki SON VƏZİYYƏTİ açıqladı

13 Yanvar 2020 11:17

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ölkə üzrə sürüşmə sahələrindəki son vəziyyəti açıqlayıb.

Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov Trend-ə bildirib ki, Bakıda Zığ, Abşeron rayonun Masazır qəsəbəsində "Zəli gölü" və Nübar qəsəbəsindəki bəzi yerlər sürüşməyə meyilli ərazilərdir:

"Abşeron yarımadasındakı sürüşmə ərazilərində elə ciddi dəyişiklik müşahidə edilmir. Rayonlarda ənənəvi sürüşmə ərazilərində lokal tipli xırda uçqunlar baş verir. Bunlar nəzərə alınmazsa, ərazilərdə elə bir gərginlik yoxdur".

Milli.Az