Beren 2 milyonu rədd etdi

13 Yanvar 2020 09:44

Beren Saat ona təklif olunan 2 milyon lirədən imtina edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa "Neflix"in çəkdiyi "Atiye" serialının iki sezonunda çəkilib və bunun müqabilində 2 milyon lirə qazanıb.

Filmin baxımlı olmasını görən istehsalçılar onun 3 və 4-cü sezonunu da çəkmək qərarına gəliblər. Amma yenidən 2 milyon lirə qazanacağı təqdirdə Beren "Xeyr, bu qədər" bəsdir" cavabını verib.

Milli.Az