Avstraliyada təyyarə qəzaya uğrayıb

13 Yanvar 2020 08:52

Avstraliya polisi Korila parkında qəzaya uğrayan yüngülmühərrikli təyyarənin qalıqlarını aşkarlayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, Yeni Cənubi Uels ştatından havaya qalxan təyyarə ilə əlaqə ötən gün kəsilib.

Bildirilir ki, təyyarə təyinat məntəqəsinə gəlmədiyinə görə qəza xidmətləri axtarışa başlayıblar. Təyyarənin qalıqlarını yanvarın 13-ü səhər saatlarında aşkar etmək mümkün olub.

Məllumata əsasən, təyyarənin göyərtəsində 2 nəfər olub. Axtarış-xilasetmə əməliyyatı davam edir.

Milli.Az