Əfqanıstanda 19 nəfər güclü qar və leysan yağışlarının qurbanı olub

13 Yanvar 2020 09:10

Əfqanıstanda güclü qar və leysan yağışları böyük fəsadlar törədib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, güclü qar və leysan yağışlarının törətdiyi fəsadlar nəticəsində azı 19 nəfər həlak olub.

Bildirilir ki, Herat əyalətində 2-si uşaq olmaqla 8 nəfər həlak olub. Kandaqar əyalətində 8 nəfər ölüb, 14 nəfər isə xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Hilmend əyalətində 3 nəfər həlak olub, 3 nəfər isə xəsarət alıb.

Milli.Az