Robotlar sizin işinizi əlinizdən alacaqmı?

14 Yanvar 2020 21:45

Linkedin qısa müddət əvvəl gələcəyin ən yaxşı peşələrinin siyahısını dərc etmişdi. Siyahıya süni intellekt mütəxəssisi ixtisası başçılıq edir. 2-ci yerdə Robotiks mühəndisliyidir. Digər peşə sahələri də daha çox İT ilə əlaqədardır. Bu peşə sahiblərindən olmayanlarda isə belə bir sual yaranır.

Süni intellektin işimizi əlimizdən almaq ehtimalı nə qədərdir?

Bu suala cavab tapmaq üçün əyləncəli sayt yaradıblar. Sayt bir suala tapmaqda köməklik göstərir. Robotlar mənim işimi əlimdən alacaqmı? Saytda axtarış etdikcə aydın olur ki, avtomatlaşdırıla bilən bütün işlər yaxın gələcəkdə robotlarla əvəz olunacaq. Bütün bu vaxt isə sadəcə olaraq avtomatlaşdırılmanın tələb etdiyi çətinlikdən aslıdır.

Haqqında danışdığımız saytı Sizə təqdim edirik.

Willrobotstakemyjob.com

Milli.Az