Hindistanlı ixtiraçı təcavüzkarlardan qoruyan “dodaq boyası” hazırlayıb

14 Yanvar 2020 07:41

Hindistanın Banaras Universitetinin tələbəsi Şyama Çaurasi xanımlar üçün dodaq boyasına bənzəyən şəxsi təhlükəsizlik cihazı hazırlayıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, partlayış səsini xatırladan siqnal çıxardan qurğu ərazinin koordinatlarını təcili yardım nömrəsinə göndərir.

"Dodaq boyası"nı işlək hala gətirmək üçün cihazın futlyarındakı düyməyə sıxmaq kifayətdir. Qurğu mobil telefon vasitəsilə enerji toplayır və "Bluetooth" vasitəsilə qoşulur.

Milli.Az