Bakıda itkin düşən 14 yaşlı Mədinə tapıldı - YENİLƏNİB

13 Yanvar 2020 08:15

13.12.2019

08:15

Yanvarın 12-də səhər saatlarında itkin düşən 2006-cı il təvəllüdlü Məmmədova Mədinə Camal qızı tapılıb.

Milli.Az bildirir ki, Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsindən APA-ya verilən məlumata görə, 14 yaşlı M.Məmmədova ailəsinə təhvil verilib.

-----------------

12.01.2019

23:00

Nizami rayonunda yaşayan 14 yaşlı Mədinə Məmmədova itkin düşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yeniyetmə qız səhər saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb. Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Mədinənin ailəsi onun itkin düşməsi barədə Daxili İşlər Nazirliyinin "102 zəng xidməti"nə məlumat verib.

Milli.Az