Türkiyə HHQ İraqın şimalında iki PKK terrorçusunu zərərsizləşdirib

12 Yanvar 2020 21:45

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında iki PKK terrorçusunu zərərsizləşdiriblər.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, terrorçuların zərərsizləşdirilməsi üzrə əməliyyat Metina rayonunda keçirilib.

Milli.Az