Liviyanın Milli Razılıq Hökumətinin rəhbəri Türkiyəyə gedib

12 Yanvar 2020 18:50

Liviyanın Milli Razılıq Hökumətinin rəhbəri Türkiyəyə səfərə gəlib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Libiya al-axrar" telekanalı öz "Twitter" səhifəsində yazıb.

Məlumata əsasən, səfər zamanı F.Sarraj Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq.

Qeyd edək ki, ötən gün Sarraj İtaliyanın Baş naziri Cüzeppe Konte ilə danışıqlar aparıb.

Milli.Az