Ermənistanda bir nəfər “donuz qripi”ndən öldü

12 Yanvar 2020 18:46

Ermənistanda bir nəfər AH1N1 virusundan ("donuz qripi") dünyasını dəyişib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumatda pasiyentin qripin kəskin mərhələsində xəstəxanya müraciət etdiyi, bu səbəbdən xəstəliyinin 10-cu günündə dünyasını dəyişdiyi qeyd olunub.

Həmçinin, qeyd edilib ki, ilin əvvəlindən ölkədə kəskin respirator xəstəliklər artıb.

Milli.Az