Türk ordusu irimiqyaslı əməliyyata başladı

12 Yanvar 2020 18:40

Türkiyə ordusu bu gündən etibarən Hatay vilayətində irimiqyaslı antiterror əməliyyatına başlayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Qapan-2 adı verilən əməliyyata hüquq-mühafizə orqanlarının 585 əməkdaşı, o cümlədən polis və jandrm qüvvələri də cəlb olunb.

Əməliyyatın məqsədi Amanos dağ silsiləsində yerləşən rayonları PKK terrorçularından tamamilə təmizləməkdir.

Əməliyyatın ilk saatında artıq terrorçuların sığınacaqları və silahla dolu 3 anbarı ələ keçirilib, kustar üsulla düzəldilmiş 1 ədəd partlayıcı zərərsizləşdirilib.

Milli.Az