İraqda növbəti etiraz aksiyası keçirilib

12 Yanvar 2020 18:07

İraqda yenidən Konstitusiyaya dəyişiklik və hökumətin istefası tələbi ilə aksiya keçirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, Vasit əyalətində Vasit Universiteti yaxınlığında tələbələrlə təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalar zamanı 48-i polis olmaqla, 60 nəfər xəsarət alıb.

Xatırladaq ki, İraqda hökumət əleyhinə aksiyalar keçən ilin oktyabr ayından başlayıb. Aksiya iştirakçıları yolları, Dəcdə çayı uzərindən keçən körpünü bağlayır, tətil elan edir.

Adel Abdel Mehdi noyabr ayında Baş Nazir postundan  istefa verib, amma müvəqqəti hökumətə başçılıq edir. Prezident Bəhram Salehi artıq iki dəfə yeni baş nazir təyinatını təxirə salıb.

Milli.Az