Taliban başçılarından biri məhv edilib

12 Yanvar 2020 14:20

Əfqanıstanın şimal bölgələrində fəaliyyət göstərən "Taliban" hərakətı birləşmələrinin rəhbərlərindən biri ölkə HHQ-ə məxsus döyüş təyyarələrinin reydi zamanı məhv edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Tolo News" bildirib.

Bildirilib ki, "Taliban" dəstələrinin lideri ölkənin şimal-şərqində Əfqan Hərbi Hava Qüvvələrinin Kunduz vilayətinə endirdiyi hava zərbəsi inəticəsində məhv edilib.

Mahibullah adında olan silahlıların lideri sözügedən vilayətin İmam-Saib mahalında hərəkəti zamanı məhv edilib. Həmin şəxs Pakistan vətəndaşı olub.

Milli.Az