Liviyada atəşkəs elan olunub

12 Yanvar 2020 13:13

Tripolidə yerləşən Baş nazir Faiz Sarajın rəhbərliyi ilə Liviya Milli Razılıq Hökuməti Rusiya Federasiyası və Türkiyənin təklif etdiyi təşəbbüs çərçivəsində atəşkəs elan edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin yaydığı bəyanatda deyilir.

Bəyanatda qeyd edilib: "Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin çağırışına cavab olaraq, prezident şurasının başçısı və Liviya ordusunun ali baş komandanı yanvarın 12-si gecə yarısından atəşkəs elan edib".

Qeyd edək ki, daha əvvəl feldmarşal Xəlifə Haftarın Liviya Milli Ordusu da döyüşlərin dayandırılmasına razı olduğunu bildirmişdi.

Milli.Az