Ermənistan Hava Yolları bu günə olan Yerevan-Tehran reysini ləğv edib.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə "Armenia Eyrveys"in Facebook səhifəsində məlumat yayılıb.
"Məlumat veririk ki, "Armenia Eyrveys"in yanvarın 12-nə planlaşdırdığı AMW111/112 Yerevan-Tehran-Yerevan reysi təhlükəsizlik səbəbindən ləğv edilir", - məlumatda qeyd olunub.
Məlumatda o da bildirilib ki, sərnişinlər şirkətin ofislərinə müraciət edərək biletlərini başqa vaxta dəyişə bilərlər.
Milli.Az